Koronavirusla mübarizəyə 2 milyon ianə etdilər

Koronavirusla mübarizəyə 2 milyon ianə etdilər

Dünyaca məşhur müğənni Rihanna və repçi Jay-Z koronavirusla (COVİD- 19) mübarizəyə pul ayıran məşhurlar karvanına qoşulub.

“Qafqazinfo” xəbər verir ki, sənətçilərin sahib olduğu “Clara Lionel” və “Shawn Carter” dərnəkləri ilkin olaraq iki milyon dollar ianə verib.

Qeyd edək ki, “Forbes” jurnalının məlumatına əsasən, pop ulduz Beyonsla evli olan rep ifaçısının sərvəti 1 milyard dollar dəyərindədir.

Rihanna isə 2019-cu ildə 600 milyon dollar gəliri ilə ən zəngin xanım musiqiçi ünvanını qazanıb.

 

Mənbə: qafqazinfo.az