Əməkdar artistin nəvəsi karantin rejiminə üsyan etdi - VİDEO

Əməkdar artistin nəvəsi karantin rejiminə üsyan etdi - VİDEO

Azərbaycanlı məşhurlar karantin rejiminə əməl edirlər.

BAKU.WS xəbər verir ki, ARB-də yayımlanan "Show news" proqramı bir neçə məşhur sima ilə "Evdə qal" aksiyası keçirib.

Koronavirus təhlükəsini nəzərə alan proqram onlardan evdə video çəkərək göndərmələrini xahiş ediblər ki, onlar da evdə qalsın.

Elza Seyidcahan, Rəqsanə İsmayılova, Günel Ələkbərova, Aygün Şükürlü, rəqqasə Renka, Ayan Babakişiyeva, Şəbnəm Tovuzlu və Aytac Vidadiqızı karantin rejiminə əməl etməyin vacibliyini vurğulayıblar.

Digər məşhurların uşaqlarından fərqli olaraq Seyidcahanın nəvəsi evdə qalmaq istəməyib. Üç yaşlı Səmərrux karantin rejiminə üsyan edərək qapını təpikləyib. Əməkdar artist karantin rejimini pozmaq istəyən nəvəsini sakitləşdirməyə cəhd etsə də, azyaşlı buna məhəl qoymayıb.

BAKU.WS

Mənbə: baku.ws