Məşhur aktyor koronavirusdan öldü...

Məşhur aktyor koronavirusdan öldü...

“Star Wars” (Ulduz döyüşləri) serialında Major Kluan Ematt personajını canladıran 76 yaşlı dünya şöhrətli aktyor Andrev Jak koronavirus epidemiyasından dünyasını dəyişib.

Moderator.az xəbər verir ki, Çinin Vuhan bölgəsində yayılan və dünyada 800 mindən çox insanın ölümünə səbəb olan koronavirus epidemiyası can almaqda davam edir. Tanınmış aktyor Andrev Jak da İngiltərədə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Bildirilir ki, koronavirus testi pozitiv çıxan aktyorun sonradan vəziyyəti ağırlaşıb. Aktyorun həyat yoldaşı Avstraliyada karantində olduğu üçün onun yanında ola bilməyib. O, 1944-cü il il yanvarın 25-də anadan olmuşdu.

Mənbə: moderator.az