Tatlısəsin qızının sevgilisi də koronavirusa yoluxdu - FOTO

Tatlısəsin qızının sevgilisi də koronavirusa yoluxdu - FOTO

Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəsin qızı Dilək Çıtak Tatlısəsin sevgilisi Ləvənt Dörter koronavirusa yoluxub.

SONXEBER.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dilək Çıtak Tatlısəs sosial şəbəkədə canlı yayımda özünü yaxşı hiss etmədiyini bildirib: "Nəfəs almaqda çətinlik çəkirəm. Çox halsızam. Dərman içirəm. Həddindən çox da tərləyirəm. Koronavirusa tutulmaqdan qorxuram".

Aysel Yusifqızı

Mənbə: sonxeber.az