“Tarixi qələbəmiz” adlı virtual sərgi hazırlanıb

“Tarixi qələbəmiz” adlı virtual sərgi hazırlanıb

Bakı, 1 aprel, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialı Aprel döyüşləri ilə bağlı "Tarixi qələbəmiz" başlığı altında virtual sərgi və məlumat saatı hazırlayıb.

İdarədən AZƏRTAC-a bildirilib ki, sosial şəbəkələrdə yayımlanan virtual sərgi 2016-cı il aprelin əvvəllərində Milli Ordumuzun Azərbaycanın ön cəbhə xətti boyu mövqeləri və yaşayış məntəqələrini Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qaldığı zaman əks-hücumla təxribatların qarşısını almasından və rəşadət nümayiş etdirməsindən bəhs edir.

Azərbaycan tarixində şanlı səhifə olan Aprel döyüşlərinin qəhrəmanları daim yaddaşlarda qalacaq və xalqımızı daha böyük qələbələrə ruhlandıracaq.

Mənbə: azertag.az