Superstarın 700 kv.metrlik kiçik villası dezinfeksiya edilib

Superstarın 700 kv.metrlik kiçik villası dezinfeksiya edilib

21 gündür karantində yaşayan Ajda Pekkanın 700 kv.metrlik kiçik villasında təmizlik işləri aparılıb.

Open.az xəbər verir ki, superstar villasının hər bucağını xüsusi məhlullarla təmizlətdirib.

Villanın təmizliyinə 30 min TL. vəsait xərclənib. Həmçinin, evdəki aksessuarların bəziləri anbara aparılıb. Villanın dekorasiyası dəyişdirilib.

Qeyd edək ki, Ajda Pekkanın evində çalışan iki köməkçisi bütün təmizlik qaydalarına riayət edirlər. Qonaq, yataq və vanna otağı hər gün xüsusi məhlulla silinir. Superstar evdə 1 metrlik məsafəyə nəzarət edir.

Hər səhər 1 saat qaçışla məşğul olan Ajda Pekkan, daha sonra gimnastika edir və 30 dəqiqə yoğa ilə məşğul olur.

Ülviyyə Həsənqızı

Mənbə: open.az