Amerikadan qaçan model öz ölkəsində koronavirusa yoluxdu - Foto

"Victoria's Secret"in məşhur modeli Aleksina Qrem (Alexina Graham) koronavirusa yoluxub.

Teleqraf.com xəbər verir ki, model xəstəxanaya yerləşdirilib.

Model sosial şəbəkədə temperaturunun yüksək olduğunu və nəfəs darlığı çəkdiyini deyib. Həmçinin o, səhhətinin pis olmadığını və xəstəxanada müalicəsinin davam etdiyini bildirib.

Virusa görə ABŞ-dan ölkəsi İngiltərəyə gələn Aleksina Qrem bütün işlərini təxirə salmışdı.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Koronovirusla mübarizədə səfərbər ola bilirikmi? – Rəsmilər CANLI YAYIMDA

SONRAKI XƏBƏR

Aprelin 1-də proqrama uyğun teledərslər təqdim edilib