"Qurban olum, çölə çıxmayın" - Flora Kərimova xalqa SƏSLƏNDİ

"Qurban olum, çölə çıxmayın"  - Flora Kərimova xalqa SƏSLƏNDİ

Xalq artisti Flora Kərimova ARB telekanalında yayımlanan "Ona qalsa" verilişinə telefon bağlantısı vasitəsi ilə qoşulub.

Primetime.az xəbər verir ki, insanlara səslənən sənətçievdən çıxmadığını söyləyib:

"78 yaşım var, itirməyə bir şeyim qalmayıb. Övladlarım hər gün zəng edir ki, ana küçəyə çıxmayın. Mən də insanlara ana kimi müraciət edirəm ki, oturun evdə, qapını bərk bağlayın. Səhər, günorta və axşam koronavirusa qarğış edirəm. Deyəsən qorxur, bizim küçəyə gəlmir.İstəyirəm qapı-qapı qəzim insanlara deyim ki, çıxmayın küçəyə. Məsləhətlərə qulaq asın".

Mənbə: primetime.az