"Üzeyir Hacıbəyov bu musiqini bizə qoyub gedib ki, eyvanda oxuyaq?"

"Ətrafımda olan bəzi dostlarım, xahiş edirəm, mənə ağıl və məsləhət verməyin ki, hamamda şeir de, qəzəl oxu, unitazın üstünə çıx əlini sabunla yu, eyvanda konsert ver. Bunlar hamısı düşüklükdür. Düşüklük etməyin!".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Ceyhun Əliyev həmkarlarının ünvanına deyib. Sənətçi koronavirus infeksiyasının yayıldığı ərəfədə sənət adamlarının fərqli "challenge"lər paylaşmasını tənqid edib. Ceyhun ad çəkmədən eyvanda konsert verən, vanna otağından görüntü yayan müğənniləri ələ salıb:

"Guya, böyük salonlarda hər ay konsert verməkdən birtəhər olmuşdunuz. İndi də böyük zallar baglanıb, həsrət qalmısız, çıxmısız eyvana. Yəqin, efirə çıxa bilməyənlər də evdə televizorun üstünə çıxıb oxuyurlar.

Gündə biri zəng edir ki, blokun qabağında, eyvanda, evdə, mətbəxdə konsert təşkil edirik, oxuya bilərsiz? Ayıb deyil? Üzeyir Hacıbəyov, Şövkət Ələkbərova, Rəşid Behbudov bu musiqini bizə qoyub gedib ki, eyvanda konsert verək? Azərbaycan musiqisini bu qədər alçaltmayın. Yığışdırın bunları.

Giriblər hamamda şeir deyirlər, əl yuyurlar. Bunlar nədir? Sizin eyvanda yox, Heydər Əliyev Sarayında, Yaşıl Teatrda konsert verən vaxtınızdır. Oturun oturduğunuz yerdə".

Qeyd edək ki, Əməkdar artist Rəşad İlyasov, müğənnilər Nigar Camal, Eldar Qasımov eyvanda konsert verməklə gündəmə gəlmişdilər. Müğənnilər Nadir Qafarzadə, Xatirə İslam və digərləri isə vanna otağından görüntülər yaymaqla tənqid olunmuşdular.

Axsam.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda həkimlər üçün qoruyucu maskalar istehsal olunacaq - FOTO

SONRAKI XƏBƏR

Prezident İlham Əliyev Fərman imzaladı