84 yaşlı aktyorun meyiti aşkar edilib

84 yaşlı aktyorun meyiti aşkar edilib

Taqanka Teatrının aktyoru Konstantin Doronin vəfat edib.

Open.az xəbər verir ki, 84 yaşlı aktyorun cansız bədəni Moskvadakı evində aşkar edilib.

Onkoloji xəstəlikdən əziyyət çəkən aktyor, bu yaxınlarda insult da keçirib.

"Qüllələrdəki bayraqlar" filmi ilə məşhurlaşan aktyor, 40 il Taqanka Teatrında çalışıb.

2000-ci ildən təqaüdə çıxan Konstantin Doroninin dəfn mərasimi dünən olub.

Ülviyyə Həsənqızı

Mənbə: open.az