Acun Ilıcalıdan Türkiyəyə böyük DƏSTƏK: “Həqiqətən də dəyərli millətik”

“Survivor” çəkilişləri üçün Dominikanda olan Acun Ilıcalı səmimi açıqlamalar edib.

Publika.az xəbər verir ki, TV8 kanalının direktoru milləti ilə fəxr etdiyini dilə gətirib. Karantin günlərində xalqına dəstək olmağa çalışan aparıcı instaqramda müraciət ünvanlayıb:

“Türk olmaqdan qürur duyuram. Çox sevincli bir dövr yaşayıram, bunu hər kəsin bilməsini istəyirəm. Bu sevinci, qüruru və fərqi sizin də yaşamanızı istəyirəm. Dünyanın bir çox yerində karantinlər oldu. Bu karantin müddətində də insanlar evlərinə girdi, evdən bayıra çıxa bilmirlər. Burdakı ən önəmli səbəb də budur ki, mağazaların və iş yerlərinin yağmalanmasından qorxurlar. Bu mövzuda bir güvən yoxdur. Millət olaraq bu mövzularda fərqliyik. “Gəlin bunu yağmalayaq, bu vəziyyətdən istifadə edək” deyib karantin rejimini fürsətə çevirən hadisələr Türkiyədə yaşanmır. Həqiqətən də dəyərli millətik. Bundan dolayı çox xoşbəxtəm. Bu çətin günləri də inşallah hamımız birlikdə aşıb daha yaxşı günlərə gəlib çatacağıq”.

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Koronavirus haqda dünyanı xəbərdar etmək istəyən həkim İTKİN DÜŞDÜ

SONRAKI XƏBƏR

Şok: Koronavirusdan sağalan şəxs əlavə 14 gün.... - Alimlər açıqladı