Koronavirus İrina Şeykə yeni sevgili tapmaqda mane ola bilmədi – VİDEO

Koronavirus İrina Şeykə yeni sevgili tapmaqda mane ola bilmədi – VİDEO

Bütün dünyanın özünü təcrid etdiyi bir vaxtda rusiyalı supermodel İrina Şeyk yeni sevgili tapıb.

REN TV xəbər verir ki, 34 yaşlı model art-diler Vito Şnabellə görüşür.

Cütlük Manhettendə gəzərkən paparatsilərə yaxalanıb. Onlar birlikdə supermarketə daxil olub, daha sonra milyarderin evinə yollanıblar.

Vito Şnabel məşhur qadınların ürəklərini ovsunlamaqda mahir şəxs kimi tanınır. O, əvvəllər özündən yaşca böyük olan supermodel Haydi Klum, aktrisa Demi Mur və Liv Taylerlə eşq macərası yaşayıb.

Mənbə: paralel.az