Kıvançdan koronavirus açıqlaması: “Bəzi şikayətlərim olduğu üçün...”

Kıvançdan koronavirus açıqlaması: “Bəzi şikayətlərim olduğu üçün...”

Koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən aktyor Kıvanç Tatlıtuğ səhhəti ilə bağlı açıqlama verib.

Musavat.com xəbər verir ki, aktyor özünü yaxşı hiss etdiyini deyib: “15 gündür ailəmlə evdən çıxmırıq. Bəzi şikayətlərim olduğu üçün gəldiyim xəstəxanada məni müşahidə altına aldılar. Narahat olmayın, özümü yaxşı hiss edirəm. Test cavabımı gözləyirəm”.

Qeyd edək ki, aktyor həyat yoldaşı Başak Dizer ilə Türkiyənin Kemerburgaz bölgəsində olan evində yaşamağa başlamışdı. Meşədə yerləşən taxta evə köçən cütlük yaxınları ilə belə görüşmürdü.

Mənbə: cia.az