Opera və Balet Teatrının xorunun solisti pnevmoniyadan vəfat etdi

Opera və Balet Teatrının xorunun solisti pnevmoniyadan vəfat etdi

Ermənistanın Spendiyarov adına Akademik Opera və Balet Teatrının xorunun 50 yaşlı müğənnisi Anna Sərdaryan vəfat edib.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bədəni yarıldıqdan sonra onda ağciyərlərin iltihabı olduğu üzə çıxıb, ancaq həkimlər müğənninin koronavirusa yoluxub-yoluxmadığını söyləyə bilməyiblər.

Sərdaryan evdə vəfat edib. O, tək yaşayırdı.

Qeyd edək ki, xor üzvləri son dəfə martın 13-də görüşüblər.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az