#evdəqal deyib karantin qaydalarını pozdular - Fotolar

#evdəqal deyib karantin qaydalarını pozdular  - Fotolar

Pərəstişkarlarına #evdəqal çağırışı edən pop ulduz Cennifer Lopez və sevgilisi Aleks Rodrigez karantin qərarına əməl etməyib.

“Qafqazinfo” xəbər verir ki, iki məşhur sima Mayamidə virus səbəbi ilə bağlanan idman zalını özəl olaraq açdırıb.

Lopez bir neçə saat sevgilisi ilə idman edib, daha sonra məkanı tərk edib. İdman zalının arxa qapısından çıxan cütlük KİV nümayəndələri tərəfindən görüntülənib.

Heç bir təhlükəsizlik qaydalarına riayət etməyən Lopezlə Rodrigezi qoruyucu maskası olan mühafizəçi müşayiət edib.

Mənbə: qafqazinfo.az