"Qumara evlər, villalar qoyulanda virus yox idi..." - Demetlə Sərdar arasında qalmaqal

"Qumara evlər, villalar qoyulanda virus yox idi..." - Demetlə Sərdar arasında qalmaqal

Türkiyəli məşhurlar Sərdar Ortaç və Demet Akalın arasında qalmaqal yaşanıb.

Teleqraf.com xəbər verir ki, Sərdar Ortaç İnstaqramda lüks yaşam tərziylə gündəmdə olan həmkarlarına söz atıb:

"İndi çoxlu ayaqqabın, çantan, minlərcə köynəyin, xərcləyə bilməyəcək qədər pulun...Hara gedəcəksən? Harada geyinəcəksən? Artıq sən də hər kəs kimisən!"

Müğənni Demet Akalının Sərdar Ortaça cavabı gecikməyib: "Bu virusun yayılacağını kim bilirdi ki? Bu söhbətlər cəfəngiyatdır, nə bilim böyük evlər, nə bilim çanta... Hər kəs büdcəsinə görə bir ev alır. Qumarda gedən evlər, villalar zamanı virus yox idi..."

 

Mənbə: teleqraf.com