“Karantin qaydalarını pozanları yerindəcə güllələyin!” - Filippin prezidenti

“Karantin qaydalarını pozanları yerindəcə güllələyin!” - Filippin prezidenti

Yeni koronavirus pandemiyası ilə əlaqədər karantin rejimi olan rayonlarda problem yaradanları məhv etmək üçün hər birinə atəş açılmalıdır. Filippin prezidenti Rodriqo Duterte milli televiziya vasitəsilə qayda-qanun yaratmalı olan güclərə əmr verib («AFR»).

«Mənim polisə və hərbçilərə, həm də yerli məmurlara əmrim: Vəziyyətlə bağlı problem meydana çıxarsa - insanlar sizə cumarsa və sizin həyatınıza təhlükə yapadarsa - onarı öldürmək üçün atəş açın. Problem yaratmaq yerinə, onlar qəbirə gedərlər. Mən, utanmaycam… Aydındırmı?» - deyə, «AFR» agentliyi Dutertedən sitat gətirir.

Qeyd etmək lazımdır ki, buna qədər Manilanın kasıb kvartallarında narazıların mitinqi keçirilib. Mitinqçilər hakmiyyəti onda günahlandırıblar ki, guya o, daha çox ehtiyacı olanları ərzaqla təhciz etmir. Polis 20 nəfərə yaxın insanı həbs edib.

«AFR» qeyd edir ki, doğrudur, Filippin polisi prezidentin bəyanatını yumşaltmağa tələsib. Milli polisin rəisi Arçi Qamboa inandırıb ki, polis mitinqçilərə atəş açmayacaq. «Prezident, hər şeydən əvvəl, belə əziyyətdə qanunun tətbiqini həddindən artıq tələb edib» - deyə, agentlik Qamboadan sitat ətirib.

Xatırladaq ki, martın 16-da Filippində 6 ay müddətinə fövqəladə vəziyyət elan olunub. Xüsusilə, Manila ilə əyalətlər arasında hava və dəniz nəqliyyatı qadağan edilib, Böyük Manilada günün qaranlıq saatlarında komendant saatı tətbiq olunub.

AzPolitika.info

Mənbə: azpolitika.info