Koronavirusa görə Azərbaycanda ilk dəfə BOŞ ZALA konsert verildi

Koronavirusa görə Azərbaycanda ilk dəfə BOŞ ZALA konsert verildi

Məlum koronavirus epidemiyası ilə əlaqədar müğənnilərin əksəriyyətinin konsert proqramı təxirə düşüb. Bu hal nəzərə alınaraq, onlayn konsertlərin verilməsi nəzərdə tutulub.

SONXEBER.AZ xəbər verir ki, ilk dəfə belə konsert verən xanəndələrdən biri xalq artisti Mənsum İbrahimov olub. O, bu barədə "ATV"nin canlı efirinə qoşularaq danışıb:

"Muğam Mərkəzində boş zal üçün konsert verdim. Mənim üçün çox ağır idi. Heç bir zaman boş zalda oturmamışıq. Zala baxan zaman ürəyim qan ağlayırdı. Nə etmək olar, müvəqqəti haldır".

Sonxeber.az

Mənbə: sonxeber.az