225 minlik kirayə haqqını ödəmədi, məhkəməlik oldu

225 minlik kirayə haqqını ödəmədi, məhkəməlik oldu

Aktrisa-aparıcı Defne Samyeli yaşadığı mənzilin kirayə haqqını ödəmədiyi üçün məhkəməyə verilib.

“Qafqazinfo” xəbər verir ki, ev sahibi Yusuf Aras Defnenin 1 ildən çoxdur ödəniş etmədiyini bildirib: “Müqavilə imzalamışıq. Mənə ayda 12 min 500 TL pul ödəməlidir. Amma bir il altı aydır ki, ödəniş etmir (ümumi borc 225 min lirə). Aylardır xəbərdarlıq edirəm, nəticəsi yoxdur”.

Defne Samyeli isə “Evdə peyda olan problemlər səbəbi ilə bir müddətdir aramızda anlaşılmazlıq var. Məhkəmə bunun üçündür. Hüququn bizə verdiyi dövrdə problemlər həll olunacaq”, - deyə qeyd edib.

Mənbə: qafqazinfo.az