Selena Qomez koronavirusla mübarizəyə yardım etdi

Selena Qomez koronavirusla mübarizəyə yardım etdi

Dünyaca məşhur amerikalı müğənni və aktrisa Selena Qomez, koronavirus epidemiyası səbəbiylə çətin anlar yaşayan ölkəsinə yardım edib.

Unikal.org məlumat verir ki, gənc ulduz Los Ancelesdəki Cedars Sinai Xəstəxanasına yüksək miqdarda material bağışladığını açıqlayıb.

Sosial şəbəkə hesabından açıqlama verən 27 yaşlı Qomez, 2 il əvvəl yardım etdiyi xəstəxanada böyük bir əməliyyat keçirdiyi barədə məlumatı paylaşıb.

Məşhur ulduz böyrək transplantasiya edildiyi xəstəxanaya “İndi bu mənim növbəmdir” deyərək yüksək miqdarda koronavirusa qarşı yardım bağışlayıb.

Mənbə: www.unikal.org