Nailə Əsgərzadə də koronavirus testindən keçdi

Nailə Əsgərzadə də koronavirus testindən keçdi

Azərbaycanlı, “Rossiya 1” telekanalının tanınmış aparıcısı Nailə Əsgər-zadə koronavirus testindən keçib. “Qafqazinfo” bildirir ki, bu barədə o, İnstaqram hesabında məlumat verib.

Əsgər-zadənin yazdığına görə, testin nəticələri mənfi olub.

“Xəstə olmadığıma şübhə etmirdim, mənfi nəticəni görmək xoş idi. Mən sağlamam”, - aparıcı bildirib.

Qeyd edək ki, Nailə Əsgər-zadə artıq uzun illərdir Rusiyada yaşayır. Hazırda "Rossiya 1" telekanalının efirində "Deystvuyuşiye litsa" verilişində aparıcılıq edir.

 

Mənbə: qafqazinfo.az