Kişilər karantində darıxmayacaq - Məhşur startapçı Evdar Kişilər Klubunda

Kişilər karantində darıxmayacaq - Məhşur startapçı Evdar Kişilər Klubunda

“Evdar Kişilər Klubu bir həftə öncə Vəfadar Babayev adlı istifadəçi tərəfindən yaradılıb və böyük marağa səbəb olub. Həmin qrupun izləyici sayı 20000-ə çatıb. Orada çox maraqlı, ən əsası keyfiyyətli kontent paylaşılır. Kişilərin ev işləri görərkən çəkilən şəkilləri, yaxud videoları paylaşılır, interaktiv müzakirələr aparılır. Mən də həmin qrupa üzv olmuşam. Qrupun yaradıcısı ilə qərara gəldik ki, həftəlik bir verliş hazırlayım. Adını da bir az məzəli olsun deyə “Orxanla hər cümə” qoyduq. Verliş hər cümə günü, saat 20:00-da yayımlanacaq”.

Bunu TED.az-a “Eleven kings” layisəhinin müəllifi Orxan Rzayev deyib.

O.Rzayev bildirib ki, verlişdə həftədə bir mövzu müzakirə olunacaq: “Verlişin ilk yarım saatında mənim çıxışım yer alacaq, daha sonra interaktiv şəkildə keçiriləcək. İlk verlişimizin mövzusu “Evdə kimin sözü keçməlidir” oldu. Evlilikdə kişi-qadın münasibətləri, evlilik həyatı maraqlı mövzu olduğu üçün verlişin maraqlı keçəcəyini düşünürük. Mən də 10 illik ailə həyatı təcrebəmlə 2 qız övladı valideyini olaraq düşünürəm ki, gənc dostlarımızla müzakirə üçün çox mövzular yarandı. Növbəti həftələrdə ümumi startaplardan, “Eleven Kings”dən və SMM kimi mövzularda danışmağı davam edəcəyik”.

Fatimə ZÜLFÜQAR

Mənbə: ted.az