Tarkandan onlayn konsert verməyi tələb etdilər

Tarkandan onlayn konsert verməyi tələb etdilər

Konsertlərində tez-tez iqlim dəyişikliklərindən bəhs edən videolar paylaşan Türk müğənni, meqastar Tarkan ilk dəfə koronavirusla bağlı paylaşım edib.

Yenisabah.az xəbər verir ki, məşhur popçu çətin günlərin öhdəsindən birlik nümayiş etdirərək gələcəklərini vurğulayıb: "Bu koronalı günlər də keçəcək. Üfüqdə yeni ümidlər göz qırpacaq. Baharlar, yazlar gələcək. Onsuz da bilirsiz,amma mən də demək istəyirəm. Bacardığımız qədər evdə qalmağa çalışaq. Sosial məsafəni qoruyaq, əllərimizi tez-tez yuyaq, lazım gələn yerlərdə maska taxaq. Hər kəsə səbr diləyirəm".

Bu paylaşından təsirlənən pərəstişkarları Tarkandan onlayn konsert verməyi tələb ediblər.

Mənbə: yenisabah.az