"Karantində dolğularım əridi"

"Karantində dolğularım əridi"

Aktrisa İrem Sak İbrahim Selimin "Bu gece" proqramında qonaq olarkən üzünə etdirdiyi dolğulardan danışıb.

Axşam.az xəbər verir ki, 34 yaşındakı sənətçi üzünə dolğu etdirdiyini və 6 aydan bir onu yeniləməli olduğunu bildirib. İrem qeyd edib ki, karantin günlərində dolğuları əriyib.

3 dəfə burun əməliyyatı etdirən İrem plastik proseslərə qarşı olmadığını açıqlayıb:

"Qaşlarıma əl gəzdirtdim. İlk dəfə burun əməliyyatı etdirəndə həkim 6 ay əl vurmamağı tapşırdı. Mən isə 15 günün tamamında qardaşımla güləşdim və əzdim. Onu düzəltmək üçün 2 dəfə bıçaq altına yatdım. Dişlərimi də düzəltdirmişəm".

Mənbə: axsam.az