Zülfiyyə Xanbabayeva 73 yaşlı Solmaz xala üçün OXUDU - VİDEO

Zülfiyyə Xanbabayeva 73 yaşlı Solmaz xala üçün OXUDU - VİDEO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “HƏYATIN DƏYƏRLİDİR! EVDƏ QAL, AZƏRBAYCAN!” sosial layihəsinə Xalq artisti Zülfiyyə Xanbabayeva qoşulub.
News24.az xəbər veri ki, bu haqda Xanbabayeva özü məlumat verib: "Sözügedən layihəyə mən də qoşuldum. Onu deyim ki, ingilis dili müəlliməsi olan Solmaz xanıma 73 yaş vermək heç mümkün deyildi. Ondan evdə qalıb, mənə online ingilis dili öyrətməsini xahiş etdim. Darıxanda evdən çıxmadan sevdikləriylə rahat-rahat danışa bilməsi üçün Solmaz xanıma kiçik bir hədiyyəm də oldu. Canım məmləkətimin insanları, özünüzü, sevdiklərinizi qorumaq üçün EVDƏ QALIN! Mən də evdəyəm! Göndərdiyim hədiyyənin çatdırılmasında mənə kömək edən @regionalinkishaf üzvlərinə təşəkkür edirəm".
Sevda Bayramova

Mənbə: news24.az