Məşhur cütlük dünyaya gələcək övladlarının cinsini açıqladı

Məşhur cütlük dünyaya gələcək övladlarının cinsini açıqladı

Məşhur müğənni Keti Perri və nişanlısı aktyor Orlando Blum dünyaya gələcək övladlarının cinsini öyrəniblər.

Perri şad xəbərlə özünün “Instafram” hesabında bölüşüb.

Belə ki, müğənni üzü çəhrayı kremə bulanmış nişanlısının şəklini paylaşaraq, “O, qızdır” şərhini yazıb.
Xatırladaq ki, Perri və Blum valideyn olacaqlarını martın əvvəlində bilmişdilər. Lakin məşhur cütlük koronavirus epidemiyasına görə toyu təxirə salmalı olub.

Mənbə: www.oxu.az