Fransalı aparıcı koronadan ölənləri təhqir etdi

Fransalı aparıcı koronadan ölənləri təhqir etdi

Fransanın BMF xəbər kanalında Çində yeni tip koronavirusdan həyatını itirən vətəndaşların anım mərasimi ilə bağlı süjetin yayımlandığı vaxt təhqiredici ifadəyə yol verilib.

Axar.az xəbər verir ki, telekanalın aparıcısı Emmanuel Leçipri canlı efirdə “pokemonlar (Çində cizgi filmi obrazı) basdırılır” deyərək gülüb. Həmin anlar sosial şəbəkələrdə sərt tənqid edilib.

Məsələ ilə bağlı açıqlama yayan kanal aparıcının 1 həftəlik işdən uzaqlaşdırıldığını deyib. Aparıcı da öz növbəsində üzr istəyib.

Mənbə: axar.az