Trend BİA-dan Azərbaycan ulduzları ilə birgə #Evdəqal kampaniyasına töhfə (Videolayihə)

Trend BİA-dan Azərbaycan ulduzları ilə birgə #Evdəqal kampaniyasına töhfə (Videolayihə)

Bakı. Trend:

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, bu ağır vəziyyətdən maksimum az itkilərlə çıxmaq məqsədilə dövlətin bütün imkanları səfərbər edilib. Vəziyyət ilk gündən Prezident İlham Əliyevin ciddi nəzarətinə götürülüb, qabaqlayıcı tədbirlər həyata keçirilib, ölkədə xüsusi karantin rejimi daha da gücləndirilib. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva xalqa müraciətlərində xüsusi karantin rejimi qaydalarına şərtsiz əməl edilməsinin vacibliyi, insanların maksimum evdən çıxmamaları barədə tövsiyələr verib, çağırışlar ediblər.

#Evdəqal kampaniyasına tanınmış ictimai-siyasi xadimlər, mədəniyyət və incəsənət nümayəndələri, məşhur simalar da qoşulub.

Trend Beynəlxalq İnformasiya Agentliyi isə #Evdəqal kampaniyasına özünəməxsus formada yanaşmağı qərara alıb və nəticədə 3 dildə - Azərbaycan, rus və ingilis dillərində maraqlı musiqili videolayihə ərsəyə gəlib.

Layihənin rəhbəri Sahil Kərimli, koordinator Vüqar İmanov, ideya müəllifi Fidan Mirbabayevadır.

Musiqinin prodüseri Tünzalə Ağayeva, ifaçılar Tünzalə, Lalə Məmmədova, Zamiq Hüseynov, Xəyyam Nisanov və Murad Arifdir.

Musiqinin mətni Zəhra Bədəlbəyli və Fariz Zeynalova məxsusdur. Nəfəs alətində Teymur Süleymanbəyli ifa edir. Səs rejissoru Emin Karimdir.

Trend Beynəlxalq İnformasiya Agentliyinin təşkilati dəstəyi ilə hazırlanan videolayihəni sizlərə təqdim edirik:

Mənbə: az.trend.az