Kamil Zeynallıdan nümunəvi addım ! - Müğənnilər də qoşulur

Kamil Zeynallıdan nümunəvi addım ! - Müğənnilər də qoşulur

Tanınmış idmançı Kamil Zeynallı nümunəvi təşəbbüsə imza atıb.

"Sherg.az" xəbər verir ki, Kamil Zeynallı karantin günlərində maddi çətinliklər çəkən ailələri ərzaqla təmin edir. Belə təşəbbüslərin sayının artması məqsədi ilə rəsmi Feysbuk səhifəsində paylaşımlar edən məşqçi izləyicilərinin rəğbətini qazanır. Sənət adamlarından da dəstək kampaniyasına qoşulan simalar yox deyil. Belə ki, müğənni Şəbnəm Tovuzlu həmin ailələrdən birini ərzaqla təmin edərək, bir otaqlı mənzil tikdirmək sözü verib.

Qeyd edək ki, məşqçi yardımların sayını artırmağa davam edir.

Mənbə: sherg.az