Maskasız “Eyvana çıx”dı, tənqid olundu - Video

AzTV-də xüsusi karantin rejimi davam etdiyi müddətdə canlı yayımlanan "Eyvana çıx" layihəsi bu gün də izləyicilərin görüşünə gəlib.

Yenisabah.az xəbər verir ki, bu gün eyvana sevilən müğənni Nərmin Kərimbəyova çıxıb. İzləyicilər üçün sevilən mahnılarını ifa edən müğənni onlarla söhbət edib, karantin müddətinin müvəqqəti olduğunu, gec-tez bitəcəyini deyib:

“Təkliyi normal yaşayaq. Yola verək getsin, müvəqqəti bir şeydir, bu karantin gec-tez bitəcək. Əsas özümüzə diqqət edək, qalan hər şey düzələcək. Uşaqlara və yaşlılara xüsusi diqqət edək. Biz mərhəmətli insanlarıq. Heç vaxt düşünməzdim ki, balkondan konsert verəcəyəm. Uşaqlıqda həmişə həyətdə qonşularımız üçün konsert verirdim. Lakin sonra həyat elə gətirdi ki, hüquqşünas oldum. Sonra nəhayət ki, səhnəyə gəldim”.

İfaçının maskasız eyvana çıxması da diqqətdən yayınmayıb, izləyicilərin bəzisi onun bu hərəkətini qınayıb.

Qeyd edək ki, “Eyvana çıx” adlanan layihə karantin müddətində vətəndaşların evdə qalması və zamanını maraqlı keçirməsi üçün nəzərdə tutulub.Tanınmış sənətçiləri telekanalda həftənin 1-3-5-ci günləri saat 14:30-da canlı izləmək mümkündür.

 

 

Yenisabah.az

ƏVVƏLKİ XƏBƏR

Tramp neft idxalına rüsum qoyacağı ilə hədələyir – Rusiya və Səudiyyə daha pis vəziyyətə düşə bilər

SONRAKI XƏBƏR

Covid-19 həbsxanalarda böyük fəlakətə səbəb ola bilər - Papa Francis