Gavardo Hotel Corona – ÇİNGİZ ABDULLAYEV YAZIR

Gavardo Hotel Corona – ÇİNGİZ ABDULLAYEV YAZIR

1991-ci ildə İtaliyayay üçüncü səfərimidi. Bresiya vilayətinin Gavardo şəhərində Bakıda "Xarı Bülübül” Festivalınıniştirakçısı olmuş "Xoro La Faita” qrupunun 25 illik yubileyi münasibəti ilə məndə dəvətli idim.

Almaniyanın Düsseldorf şəhərindənMoskvaya, oradan da təyyarə ilə Milana uçdum. Dostlar bizi qarşılayaraq Gavardoşəhərində Hotel Coronada yerləşdirdilər.

Xatirimdədir, yubiley ərəfəsindədostlar Gavardo ətrafında qonaqları təbiət mənzərələri ilə tanış edir, kafelərdəitalyan yeməklərinə qonaq edirdilər. Məni müşayət edən xorun üzvlərindənbirinin oğlunun adı Luka idi. Çox mehriban və istiqanlı əsl italyan ailəsi ilərastlaşmışdım. Bu ərəfədə hər gün axşam bizi xor üzvləri növbə ilə evlərinəqonaq edər, özəl şərablarını qədəhlərə süzərdilər. Beləcə günlər maraqla keçir,mən isə sanki hər yerdə olduğu kimi Azərbaycanla bağlılıq axtarırdım. Bu aradayaxınlıqdakı ticarət mərkəzində yerləşən xalça mağazasına daxil olaraqxalçaları seyr edərkən "Azərbaycan Carpet” yazısını görəndə ürəym dağa döndü.Sanki doğma bir güşədə özümü hiss etdim.

Ertəsi gün məşhur İl Çiarno mətbuatorqanının nümayəndəsi İtaliyada məşhur jurnalist Luici Vismara ilə görüşümü xorüzvü Bresiya qəzetinin jurnalisti Marcello Zanne press-konfrans da təşkil etdi.Əlbəttə, müxtəlif sahələri əhatə edən mətbuat konfransı Qarabağ mövzusu ətrafındamüzakirə ilə yekunlaşdı.

Axşamı isə möhtəşəm konsertlədavam edən bayram şənliyi şəhər sakinləri və qonaqlar üçün yubiley hədiyyəsiidi.

Xorun rəhbəri Valerio Bertolettivə xanımının təşəbbüsü ilə Milan yaxınlığındakı "San Siro” geyim fabrikinə bizidəvət etdilər. Orada mənə kaşmirdən iki pencək və cins şalvar hədiyyə etdilər.

Açıq qızartdağ rəngli pencəyi 15ildən çox müddətdə geyindim. Ertəsi gün bizi Venesiyaya azad quşların meydanınavə məşhur Venesia şüşələri düzələn ada ilə tanış etdilər.

Həftə ərzində italyanların istimünasibətləri, qonaqpərvərlikləri oarada adlarını çəkmədiyim dostlarım mehribanmünasibətləri məni heyran etmişdi.

Zaman keçdi. İtaliya ilə bağlı birbaşqa heyranlığım Pozitano şəhərindən olan professor Romolo Ercolinonun xanımıilə 2005-ci ildə Bakıya yazıçı Məhəmməd Əsəd bəyin 100 illik yubileyində çıxışızamanı gözyaşları ilə danışdığı xatirələr yubiley iştirakçılarını mat qoymuşdu.Beş-altı yaşında ikən evlərində gizlin qalan bakılı yazıçının acı taleyininonun daim xatirində olmağını israrında gördük.

Müharibə zamanında atasınınkomendant olduğu şəhərdə evlərində bakılı yazıçını qorxu altında gizlətmələrihumanizmin insani keyfiyyəti ilə ölçülən dəyərdir. M.Ə.Bəyin 1942-ci ildə vəfatından Pozitanoda uzun illər sonra "Əli və Nino” romanına görədünyada məşhur simaya çevriləcəyi acı taleyinin nəticəsi və professor RomoloErcolinonun qisməti imiş.

Sonralar professor RomoloErcolino mənə ünvanladığı məktublarda və yazdığı "ESSAD BEY scrittore Azerbaigiano a Positano” kitabda öz xatirələrini ictimaiyyətəçatdıraraq xeyirxahlığı ilə bir daha təntənəsini yaşadı.

2016-cı ildə Vatikana RomaPapası Fransiskə Bakıya səfərindən sonra ünvanladığım məktubda "Sizinnövbəti sülh çağırışınızsərhəd və sədlərin aradan qaldırılmasına, xalqların isə azad dost vəqonşuluq şəraitində yaşamasına xidmət edərsə”çağırışım sanki bu günü duyaraq həssas dövrdə sağlam həyata səslənənbir ricam idi.

Çox qəribə də olsa bu günlərdə məaqləniyazdığım ərəfədə yubileylə əlaqədar mənə hədiyyə olunan italyan rəssamının əsərievimizin yaraşığına çevrildi. Bir məqamı da xüsusi olaraq vurğulayım ki, "2020-ci il - İtaliyada Azərbaycan Mədəniyyətİli” elan edilmişdir və bu ikitərəfli, mədəni əlaqələrin inkişafı baxımındanböyük əhəmiyyətə malikdir.

İstər Palermodan Romaya 1989-cuildə qatarla gələndə yer verdiyim italyan ailəsi, istər 2013-cü ildə ailəmləbirlikdə Vatikana səfərimdəki gördüklərim, istər Gavardo şəhərindəki dostlar,istərsə də professor Romolo Ercolino və Pozitano və Napoli sakinləri, istər2015-ci ildə italyan dilində yazdığım "Asad Bey in İtaly” kitabımın ön söz yazarıLuici Skrinzinin, məni Marco Poloya bənzədən rəyçi Alessandro Casotto, "Xoro La Faita”nın üzvü AntoniBordinin, nəşriyyatçı Sandro Teti və xanımınınbəşəriyyətin tarixi və mədəniyyət beşiyi olan İTALİA üzərindəki "CoronoVirus” hücumundan sağ qalmalarını Ulu Tanrıdan arzulayıram.

Dost həyəcanı ilə

Professor Çingiz Abdullayev

Tərcüməçi:Abuzər Cəfərov

7NEWS.az üçün

Mənbə: www.7news.az