Fenomen serial yenə türkləri “vurdu”

Fenomen serial yenə türkləri “vurdu”

Dünyaca məşhur “Netflix” platformasının fenomen serialı “La Casa De Papel”in 4-cü sezonu Türkiyədə müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, İspaniya istehsalı olan ekran işinə aktrisa Nəsrin Cavadzadənin İstanbul rolu ilə daxil olacağı düşünülsə də, layihəyə fərqli bir türk obrazı daxil edilib.

Aktyor Oğulcan Güzellerin canlandırdığı Osman obrazı Əlcəzairdə işgəncə edən bir türkdən bəhs edir. Belə ki, Osman baş qəhrəmanlardan olan Rioya öz məzarını qazdırıb, ona 12 gün ərzində dəhşətli işgəncələr verib.

“Netflix”in türkləri “cinayətkar” və “pis adam” kimi dəfələrlə təqdim etməsi sosial şəbəkələrdə tənqid olunub. Çünki platformanın bundan əvvəl “13 Commandments” serialında başkəsənin türk olduğu qeyd olunub, “Collateral”da tarixi “Kırıkkale” bərbad yer kimi təqdim edilib, “Designated Survivor” serialında 15 iyun hadisələrinin arxasında FETÖ-nün olmadığı bildirilib, Türkiyə Prezidentinə qarşı tənqidi fikirlər səsləndirilib.

 

Mənbə: qafqazinfo.az