Bu məşhur aktyor da koronavirusdan ÖLDÜ

Bu məşhur aktyor da koronavirusdan ÖLDÜ

Məşhur Hollivud aktyoru Cey Benedikt 68 yaşında koronavirusun yaratdığı fəsadlar səbəbilə dünyasını dəyişib.



BiG.AZ-ın ren.tv-yə istinadən verdiyi xəbərə görə, bu barədə onun saytında yerləşdirilən açıqlamada bildirilir.



Onun aprelin 4-də öldüyü deyilir. Digər təfərrüatlar açıqlanmır.



Benedikt bir çox filmlərdə və seriallarda çəkilib. Bundan əlavə, o, videooyunların səsləndirilməsilə də məşğul olub.



Aktyor "Qara cəngavər: Əfsanələrin dirçəlişi", "Karmen", "Fransa inqilabı", "Viktor / Viktoriya" filmlərində, həmçinin "Lekss", "Lillehammer" və digər seriallarda rol alıb.



"Yadlar" ("Aliens") filmindəki səhnəsi filmin geniş rejissor versiyasına daxil edilib. "Ulduz müharibələri" ("Star Wars") filmindəki epizod isə filmə daxil edilməyən kadrlar toplumunda yer alıb.



Natəvan Baxşiyeva

 

Mənbə: big.az