Ledi Qaqa koronavirusla mübarizəyə 35 milyon dollar bağışladı

Ledi Qaqa koronavirusla mübarizəyə 35 milyon dollar bağışladı

Dünyaca məşhur müğənni Ledi Qaqa koronavirusla mübarizə üçün rekord yardım edib.

Primetime.az xəbər verir ki, Qaqa Ümumdünya Səhiyyə Təşkilatı ilə birlikdə keçirilən mətbuat konfransında "Global Citizen" adlı yardım qurumunun virus pandemiyası üçün ÜST-ə 35 milyon dollar bağışlayıb.

Qeyd edək ki, "Global Citizen" və Ümumdünya Səhiyyə Təşkilatının səhiyyə böhranı ortasında ehtiyac sahiblərinə sığınacaq və tibbi xidmətə yardım toplama məqsədi daşıyan "One world: Together at Home" adlı xüsusi bir yayım üçün əməkdaşlıq edəcəklərini açıqlanıb. Xüsusi yayımda Pol Makkartney, Billie Eilish və Stevie Uonder kimi simalar da yer alacaq.

Mənbə: primetime.az