Azərbaycanın ilk rəngli və satirik jurnalı – Mətbuat tariximiz

Azərbaycanın ilk rəngli və satirik jurnalı –  Mətbuat tariximiz

Bu günAzərbaycanın mətbuat tarixində misilsiz yer tutat, milli düşüncə tariximizdəböyük rol oynayan “Molla Nəsrəddin” jurnalının ilk nömrəsinin nəşr edilməsindən köhnə təqvimlə 114 ili tamam olur.

Moderator.azbununla əlaqədar “Molla Nəsrəddin” irsinin tanınmış tədqiqatçılarından biri,professor Asif Rüstəmlinin jurnal haqqındakı fikirlərini təqdim edir:

-Cəlil Məmmədquluzadəöz ətrafına dövrünün ən qüdrətli yazarlarını toplaya bilmişdi və onlarlabirlikdə bu böyük missiyanın öhdəsindən uğurla gəldi. Düşünürəm ki, onlarqarşılarına qoyduqları böyük məqsədlərə nail oldular.

-”Molla Nəsrəddin”jurnalı yarandığı dövrdə Azərbaycanın ictimai fikrində böyük rol oynayıb. Deyərdimki, maarifçilik hərəkatının önündə gedib. Cəmiyyətin dünyagörüşünün zənginləşməsindəmühüm rol oynayıb. Jurnalın ilk nömrəsi köhnə təqvimlə aprelin 7-də işıq üzügörsə də, yeni təqvimlə biz bunu aprelin 20-də qeyd edirik.

-Onu dadeyim ki, biz bir çox tarixi hadisələri yeni təqvimlə qeyd etdiyimizə görə, “MollaNəsrəddin” jurnalının da yaranmasını yeni tarixlə qeyd edirik, ancaq jurnalın 1906-cıildə çıxan ilk nömrəsinin üzərində 7 aprel yazıldığı üçün biz bu günü də unutmuruq.

-“Molla Nəsrəddin”mən deyərdim, öz dövrün mədəni inqilabı idi, nəhəng bir maarifçilik məşəli idi.Az bir müddətdə çox böyük şəxsiyyətləri öz ətrafında toplaya bilmişdi.

-Jurnaldövrünün mədəni, ictimai-siaysi hadisələrini özündə əks etdirirdi və qısa müddətdəbütövlükdə müsəlman dünyasının aynasına çevilməyi bacardı.

-Hesabedirəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gedən yolunişıqlanamsında, ziyalıların birliyinin yaranmasında da bu dərgi son dərəcəmühüm rol oynadı.

-Jurnalilk fəaliyyətinə Tiflisdə başlasa da, sonra 1921-ci ildə Təbrizdə 8 nömrəsi nəşrolundu, Bakıda isə 1922-ci ildən 31-ci ilədək fəaliyyət göstərdi.

-25 iləyaxın müddətdə jurnalın bütövlükdə 711 nömrəsi işıq üzü görüb və Azərbaycandailk rəngli və ilk satirik jurnal kimi mətbuat tariximizə düşüb.

-İstərÇar Rusiyası dövründə, istər Təbrizdə, istərsə də Sovet dövründə Bakıda çapedilərkən hesab edirəm ki, “Molla Nəsərddin”in Azərbaycan cəmiyyətinə bəxşetdiyi cəsarət, inkişaf meyllərini onun qədər heç bir mətbu orqan bəxş etməmişdir.

-Fikrimcə,jurnaı daha çox ümummilli məsələlərdən bəhs edib, milli inkişafa xidmət edib. Onagörə də neçəki cəmiyyətimizdə bəzi problemlər qalır o jurnalda yazılanlar əsrlərboyu aktual olaraq qalacaqdır.

Taleh

Mənbə: moderator.az