Koronavirus və rəhmətlik Məşədi Kazım

Koronavirus və rəhmətlik Məşədi Kazım

Ömrümüzün elliklə sosial təcrid olunma məqamınıvirusun üstünə yazsaq da, çox şeyi dərk etdik. Öyrəndik ki, insanlığınazala-azala getdiyi məqama gəlib çatırıq. Bildik ki, bir-birimizi qucaqlayıböpməklə, qarşımızdakını elə də çox sevməmişik. Sadəcə, bunu ona "göstərmək”lə məşğulolmuşuq. Ağzımız açıq olanda (maskasız halda) çox zaman söylədiklərimizin fərqinəvarmamışıq. Tikanlı sözlər də işlətmişik, rişxəndlə də danışmışıq... Hərbirimizin haqqı olduğu müsbət təmayülləri özümüzə qıymamışıq, əlçatımlı etməmişik.Bir sözlə, özümüzü əfv edə bilməmişik.
Yaxşı ki, evdə oturub bunları düşünməyə vaxtımızoldu. Bir tanışım deyir ki, "insanın öz səhvləri üzərində öyrənməsi tamamiləyanlış bir şeymiş. Məsələn, həyat insana saçını daramağı baş keçəl qalandan, yənisaçları büsbütün töküləndən sonra öyrədir.” Deyilən fikirdə əlbəttə, həqiqətvar. Amma nə edəsən ki? Bundan artığı da əlimizdən gəlməyib. Belə çıxır ki,çoxumuzun həyat təcrübəsi az olub.
Uşaq vaxtı valideynlərimiz, nənə-babalarımız biziöpüb əzizləyiblər, bağırlarına basıblar. İndi isə baxıb görürük ki, bəs, öpüşmək-zadolmaz, viruslardan qorunmaq üçün arada məsafə saxlamaq lazımdır, özü də nə az,nə çox, elə bir məsafə ki, əlini uzadanda yanında dayanan adama çatmasın.
Bir az ötən zamanlara boylanaq. Deyirlər ki,keçmişdə çobanlar arvadlarını minnətdarlıq hissi ilə öpürmüşlər. Belə ki, onlarmal-heyvana yaxşı baxdıqlarına görə mükafatlandırırmışlar arvadlarını.Folklorda isə öpüşmə qara qüvvələrin qovulması və cadu-pitinin pozulması niyyətinəqulluq edib. Ağlayan, ağrıyan uşağı öpməklə ağrını götürməyin mümkünlüyü dəöpüşün "ayağına yazılıb”. Bundan əlavə, qədim inanclara görə, öpüşərkəninsanlar bir-birinə müsbət enerji ötürürlər. Zamanında əlin və ayağın öpülməsidə dəbdə olub və bu, tabeçilik və sadiqlik rəmzi kimi qəbul edilib.
Əyalət yerlərində yaşlı qadının bir qohum uşağınıtutub o üzündən, bu üzündən marçamarçla öpməsi uşaq yiyəsinin xoşuna gəlməsə də(heç uşağın özünün də), dillənə bilmirdi. "Hörmətsizlik olar” kimi düşüncələrqarşısındakının xətrinə dəyməməyə əsas verirdi. Bəzi gənc valideynlər heç özata-anasının da nəvəsini - onun övladını – öpməsindən xoşlanmırdılar. Amma təbiiki, etiraz yersiz umu-küsüyə səbəb olacaqdı. Artıq qocalmağa başlamış valideynlərbalalarını yoluxmaq üçün "o boyda yolu gəldiklərinə” peşman olacaqdılar. Gəncqızlar da bir-birini görərkən, öpüşməyi sevirlər. Amma bu ənənə yeniyetmə oğlanlararasında daha geniş yayılmışdı. İki saat bundan əvvəl görüşüb ayrılan gəncləryenidən rastlaşdıqda qucaqlaşıb "Xoş gördük, BRAT...”, - deyə öpüşürdülər. Həttametroya minərkən və iki-üç stansiyalıq yolu bir yerdə getdikdən sonra da öpüşübayrılmaq mütləqləşmişdi. Öpüşmək elə geniş əhatəli olmuşdu ki, qohumluqlarıolmayan qadın və kişilər də yüngülvari öpüşürdülər. Yeri gəlmişkən, bu hallarelə Qərbin özünün ənənəsi idi və məşhur Braziliya seriallarından sonra dəbə düşmüşdü.
Yaxın keçmişin öpüşmə halları haqda saatlarladanışmaq olar. Amma pandemiya gəlib bütün bu davranışlara öz nöqtəsini qoydu.Yaxşı da elədi! Bundan sonra virus daşıyıcısı olub-olmamasından asılıolmayaraq, hər kəsin öpüşə münasibəti dəyişdi. Demək ki, sevgi, hörmət heçdodağını irəli uzatmadan da göstərilə bilər və ən yaxşısı da elə budur! Necədeyərlər, virus var, vəssalam!
Dünyanın yeni düzəninin mühüm atributlarından biridə budur: öpüşmədən, hətta bəzən əl sıxmadan üz-üzə dayanmaq və qınanmamaq. Bu,insanlar arasındakı təbəqəni götürüb onları bir sahədə bərabərləşdirdi: səhhətimi(özümü) səndən çox istəyirəm və bunu anlatmaqda sıxılmıram. Bu, əsl "xətir üçünxəstə yatmaq” idi və canımı bundan xilas etdim!
Amma insanlar yəqin ki, sosial şəbəkələrdə öpüşişarəsini bildirən "smaylikləri” bir-birlərinə göndərməkdə davam edəcəklər. Yəqinki, bu zaman onları virus hədələyə bilməyəcək. Həm də bu, "səni görsəydim öpərdim”də demək olmayacaq. Şəkildir də, barmağını üstünə basıb göndərdi, qurtardıgetdi.
Bir məsələ isə açıq qalır: bir-birini sevən ər-arvadcütlüklərin nümayişkaranə deyil, sadəcə, öz aləmlərində istifadə etdiklərisevgi jestləri məsələsi. Bu yerdə məşhur "Qaynana” filmində Xalq artisti NəsibəZeynalovanın işlətdiyi bir fraza yada düşür; qardaşı oğlunun minnətdarlıq hissiilə onu öpmək istədiyi məqamda rəhmətlik əri Məşədi Kazımın onunla illərlə necədolandığını dilinə gətirir. O zaman koronavirus və ya başqa virus olmasa belə,bu, əlbəttə, Məşədi Kazımla Cənnət xalalnın öz işi idi. Və bütün təcrid növlərinəbaxmayaraq, bu barədə biz də bir söz deyə bilmərik. Unutmayaq ki, bütün növviruslar isti, həqiqi, dolğun bir sevgi qarşısında heç nədir...

Zeynəb Əliqızı

Mənbə: kaspi.az