Harry Potterdən karantin günləri üçün möhtəşəm ideya

Harry Potterdən karantin günləri üçün möhtəşəm ideya

Coan Rouling sehirli Kainat "Harry Potter evdə" saytının yayımına başlayıb.

İngilis yazıçı, uşaqlara və onların valideynlərinə karantin vaxtını əyləncəli etmək üçün yeni bir layihəyə başladığını bildirib: "Harry Potter evdə".

Sehrli dastan müəllifi sürprizi ilə pərəstişkarlarını sevindirib.

Bu barədə o, öz Twitter hesabında açıqlama verib.

"Karantin müddətində valideynlər, müəllimlər, ümumiyyətlə uşaqları əyləndirməyə çalışan hər kəsə sehr lazım ola bilər. Buna görə də yeni bir layihəyə başlamağımdan məmnunam".

Yazıçı sevimli hekayənin pərəstişkarları üçün bir sıra əyləncə hazırlayıb : sehrli sənətkarlıq və sehrli varlıqların çəkilməsini öyrənmək, viktorinalar, tapmacalar və s.

Coan bu fürsəti həm uzun müddətdir Harry Potterin pərəstişkarlarına, həm də sehrli dünya ilə tanış olmağa başlayanlara təqdim etməyi düşündüyünü qeyd edib.

"Darıxdırıcı və cansıxıcı yazı yazmaqdan bu çox daha əyləncəli və sevimlidir" - deyə bildirib.

Milli.Az

Mənbə: news.milli.az