Özündən 21 yaş böyük aktyorla sevgili oldu - FOTO

Özündən 21 yaş böyük aktyorla sevgili oldu -  FOTO

Məşhur britaniyalı aktrisa Florens Pyu amerikalı həmkarı Zak Braffla sevgili olduqlarını etiraf edib.

Axşam.az xəbər verir ki, Zakın iti ilə fotosunu paylaşaraq ad günü münasibəti ilə təbrik edən 24 yaşlı aktrisa bu barədə sosial şəbəkədə məlumat verib:

“Bu gün boz buludlar bizə daha böyük təbəssüm edəcək. Doğum gününü var gücümüzlə bayram edəcəyik”.

45 yaşlı Zak isə öz növbəsində İnstaqramın hekayə bölməsində şəklinin olduğu corabda sevgilisinin fotosunu paylaşıb.

Qeyd edək ki, aktyor Florensdən 21 yaş böyükdür.

Mənbə: axsam.az