Koronavirus ayrılanları da birləşdirir...

Koronavirus ayrılanları da birləşdirir...

Ən qalmaqallı Hollivud cütlüklərindən olmuş kino ulduzları Demi Mur və Bryus Uillis koronavirusun sayəsində yenidən bir araya gəliblər.

Onlar 13 il evli olublar və Demi Murun təkidi ilə 2000-ci ildə boşanıblar.

20 ildir çoxuşaqlı ailəsindən ayrı düşən Bryus Uillis Kovid-19-un sayəsində yenidən ailəsinə qovuşub. Belə ki, 57 yaşlı Demi Mur bir neçə gün öncə qızları Tallula və Skaut Uillisləri, eləcə də Skautun əri rejissor Dillan Bası götürərək 65 yaşlı "dözülməz" Bryusun evinə gəlib. Onlar belə qərar veriblər ki, koronavirusla əlaqədar tətbiq olunan qadağalara birlikdə riayət etsinlər, karantin dövrünü birgə yaşasınlar. Bryusun qızı Tallula hər şeyin normal olduğunu göstərmək üçün pişik pijaması geyinən ailə üzvlərinin fotoşəklini də paylaşıb.

 

Mənbə: moderator.az