Məşhur qrupun üzvü döyülüb

Məşhur qrupun üzvü döyülüb

Bir zamanların məşhur qrupu olan "Na-Na" pop-qrupunun ilk solisti Valeriy Yurini şəxsi mənzilində döyüblər.

Open.az xəbər verir ki, Rusiyanın Əməkdar artisti olan 53 yaşlı V.Yurinin Moskvadakı evinə naməlum adamlar gələrək, mübahisə ediblər, sonra isə müğənninin başına ağır zərbələr yetiriblər.

Ağır kəllə-beyin travması alan müğənni, hazırda xəstəxanadadır. Hadisə ilə bağlı polis tədqiqat aparır.

Qeyd edək ki, müğənni polisə ilk açıqlamasında bildirib ki, ona evində deyil, yaxınlıqdakı maqazində hücum ediblər.

Xatırladaq ki, V.Yurin Bari Alibasovun yaratdığı "İnteqral" qrupunda gitara ifaçısı olub. 1987-1990-cı illərdə isə "Na-Na" qrupunun solisti kimi fəaliyyətini davam etdirib.

1995-ci ildən solo karyeraya başlayan müğənni, 2007-ci ilədək teatrda çalışıb.

Mənbə: open.az