CeyLonun da toyu təxirə salınıb

CeyLonun da toyu təxirə salınıb

Dünya ulduzu Cennifer Lopezin toyu koronavirusa görə təxirə salınıb.

“Qafqazinfo” xəbər verir ki, məşhur müğənni bu barədə qonaq olduğu “Ellen DeGeneres” proqramında danışıb.

Pop ulduz nişanlısı Aleks Rodriqeslə nikah tarixinin ləğv olunduğunu qeyd edib: “Toy planları qururduq, amma təxirə salmağa məcbur olduq. Məkan, dekorasiya, gəlinlik barədə araşdırma aparırdım. Amma COVİD-19 epidemiyasına görə hər kəs özünü karantinə aldı. Gözləmək məcburiyyətindəyik. Bir neçə ay bu fikrimizdən daşınmışıq, görək nəticə necə olacaq”.

 

Mənbə: qafqazinfo.az