“Müğənnilərin çoxu “risovka”lıq edir” – Xalq artisti

“Müğənnilərin çoxu “risovka”lıq edir” – Xalq artisti

Dünyanın hər yerində sənət adamları koronavirus üzündən işini itirən insanlara yardım kampaniyasına başlayıblar.

Yenisabah.az xəbər verir ki, bu sıraya türkiyəli sənət adamları da daxildir. Onlar koronavirus səbəbi ilə çətinlik çəkən ailələrə yardım edirlər. Ölkənin sənət və mədəniyyət aləmindəki məşhurlar koronavirusa qarşı tədbirlərə qoşularaq maddi çətinlikləri olan ailələrə yardım əlini uzadıblar. Bəs görəsən azərbaycanlı sənət adamlarının bir çox hissəsi niyə əllərini ciblərinə salmırlar?

Məsələ ilə bağlı saytımıza danışan Gənc Tamaşaçılar Teatrının aktrisası, Xalq artisti Naibə Allahverdiyeva xarici müğənnilərlə yerli müğənniləri müqayisə etməyin düzgün olmadığını bildirib: “Xarici müğənnilərlə bizimkiləri eyniləşdirmək olmaz, onlar milyonlar qazanırlar. Açıq danışaq, bizimkilər o qədər qazanmır axı . Sadəcə bizim müğənnilərin özlərində də günah var, kreditlə maşın alır, ev alır onu göstərir, camaat da fikirləşir ki, bunun milyonu var. Bu söhbəti yaradan elə müğənnilərin özləridir. Bizdə “risovkalıq” söhbəti var. Gəlin, indi camaata cavab verin. Bu gün ölkədə müğənnilərdən qat-qat zəngin insanlar var, şirkət sahibləri var. Onlar hardadır bəs? Onlar insanlara mütləq dəstək olmalıdırlar. Təki bu bəla tezliklə bitsin”.

Əsmətxanım

Mənbə: yenisabah.az