Məşhur aktrisanın karantində əsəbləri pozuldu-VİDEO

Məşhur aktrisanın karantində əsəbləri pozuldu-VİDEO

İngilis aktrisa Naomi Uattsın, "tozsoranı, printer, qabyuyan və paltaryuyan maşını xarab olduğu" üçün sosial media hesabından səssiz bir qışqırıq videosu paylaşıb.

SONXEBER.AZ xarici mətbuata istinadən xəbər veir ki, ingilis aktrisa Naomi Uatts, koronavirus (Covid-19) səbəbiylə evdəki köməkçisi olmadığı üçün ona qalan ev işlərindən bezib səssiz qışqırıq videosunu sosial mediada paylaşıb.

Los-Ancelesdəki evində karantində olan Uatts "karantin günlərində printer, tozsoran, qabyuyan və paltaryuyan maşınınız eyni vaxtda xarab olsa ..." mesajı ilə video və şəkil paylaşıb.

Belə ki, Naomi Uattsın izləyiciləri paylaşdığı görüntüyə qəzəbli reaksiyalar veriblər. Sosial media istifadəçiləri Uattsın 80 min insanın ölümünə səbəb olan xəstəliyə lağ etdiyini bildirərək, onun utancverici bir insansan olduğunu yazıblar. Başqa izləyiciləri isə "Öləndə vidalaşa bilməyənlər, ön cəbhədə 18 saat işləyən tibb işçiləri var. Gedin başqa yerdə diqqət axtarın" şərhini yazıblar.

Bundan əlavə, "İnsanlar ölür və sən bu videonu paylaşırsan. Nə qədər kar ola bilərsən. Mən sadəcə həyatda olduğuma görə şükür edirəm" tipli rəylər də yazılıb.

F.Ağayeva

Mənbə: sonxeber.az