Karantində olan azərbaycanlı tanınmışlar kimlərdir?

Karantində olan azərbaycanlı tanınmışlar kimlərdir?

Hazırda Azərbaycanda 4 mindən çox vətəndaş karantindədir. Onların heç də hamısı sadə insanlar deyil, aralarında tanınmışlar da var.

Axar.az-ın məlumatına görə, başda prezidentin əfv fərmanı ilə azadlığa buraxlan MTN generalları Akif Çovdarovla Sübahir Qurbanov gəlir. Onlar həbsdən azad edilərək birbaşa karantinə aparılıblar.

Həmçinin, ifaçı İlhamə Qasımova ABŞ-dan, xalq artisti Zaur Rzayev İtaliyadan, müğənni Nəfəs Moskvadan qayıdarkən 14 günlük karantinə alınmışdılar.

Görkəmli rəssam Tahir Salahovun rəssam qızı Aydan Salahova isə Moskvada karantinə alınanlardan olub.

Tanınmış yazar Dilqəm Əhməd də karantindədir. türkiyədə qayıdarkən karantinə alınan D.Əhməd Atletlər kəndinə yerləşdirilib.

Qeyd edək ki, bir çox tanınmış sənətçilər, aktyorlar da özlərini ev karantininə alıblar. Onlar bişirdikləri yeməkləri, oxuduqları kitabları, izlədikləri filmləri, formada qalmaq üçün atdıqları addımları, bir sözlə günlük rutinlərini izləyiciləri ilə bölüşürlər.

Mənbə: axar.az