“Kozintsev “Ögey ana” filminə baxanda demişdi ki, bu uşaq nə qədər böyüməyib tez-tez filmə çəkmək lazımdır...”

“Kozintsev “Ögey ana” filminə baxanda demişdi ki, bu uşaq nə qədər böyüməyib tez-tez filmə çəkmək lazımdır...”

“Bizim uşaqlığımız onun “Ögey ana” filmiylə böyüyüb. Ona müqəddəs bir varlıq kimi baxmışıq. Sonralar bir neçə dəfə görüşmüşük və onu görəndə elə bilirdim ki, bir əfsanəylə qarşılaşıram”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Ramiz Norvuz aktyor Ceyhun Mirzəyev haqda danışarkən deyib. Xalq artisti bu cür aktyorlarımızın Azərbaycan kino tarixinə böyük töhfələr verdiyini bildirib:

“Сeyhun Mirzəyev o simalardandır ki, Azərbaycan kinosu deyəndə ilk olaraq yada düşür. Bizim uşaqlığımız onun “Ögey ana” filmiylə böyüyüb. Ona müqəddəs bir varlıq kimi baxmışıq. Sonralar bir neçə dəfə görüşmüşük və onu görəndə elə bilirdim ki, bir əfsanəylə qarşılaşıram. O, elə bir nadir sənət adamlardından, aktyorlarındandır ki, onun haqqında heç kim mənfi fikir deyə bilməz. Hamı elə bilirdi ki, onun ən yaxın qohumu, dostudur. Talantlı insan idi, vətənpərvər ürəyi var idi. Ceyhun Mirzəyev bizim fəxr elədiyimiz insan olub. Oğlum Cavidan onun vurğunu idi, gecə-gündüz qar yağan kimi gedib onun “Fəryad”dakı rolunu oynayırdı. Oğluma dedim ki, Cavidan mən atan da filmlərə çəkilmişəm, səncə kim böyük aktyordur? O, cavabında dedi ki, Ceyhun Mirzəyev. Gördüm ki, o, düzün dedi və bu təbii ki, Ceyhunun uğuru idi. O dövrdə aktyorlar çox yüklüydülər, həyat ağır idi. Bir çox aktyorlarımız həyat-məişət şərtləri məhv elədi, az yaşadılar. Ceyhuna hər şey yaraşırdı. Onun “Dəli kür”dəki balaca rolu da yaddaqalandır. Bir sözlə, o, boş bir şey oynamayıb. Hətta rejissor Qriqori Kozintsev “Ögey ana” filminə baxanda demişdi ki, bu uşaq nə qədər böyüməyib onu tez-tez filmə çəkmək lazımdır”.

Qeyd edək ki, bu gün mərhum aktyorumuz Ceyhun Mirzəyevin doğum günüdür. O, 1946-cı il aprelin 9-da Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. 1993-cü il martın 5-də isə böyük aktyor 46 yaşında dünyasını dəyişib.

Vasif Əlihüseyn

Mənbə: moderator.az