Brilliant Dadaşova: "Evlənən vaxtıdı, oğluma belə qız axtarıram..." - Özəl

Brilliant Dadaşova: "Evlənən vaxtıdı, oğluma belə qız axtarıram..." - Özəl

"Cahadın ağıllı, savadlı, onu sevən bir xanımla evlənməsini istəyirəm. Ən önəmlisi oğlumu sevsin. Biz valideynlər oğulu böyüdürük və həyat yoldaşına ötürürük. Həmişə kişilərin nəvazişə, diqqətə ehtiyacı var. Qadınlar özlərini idarə edirlər. Kişilər üçün çətindir".

Bu sözləri Teleqraf.com-a açıqlamasında xalq artisti Brilliant Dadaşova oğlu Cahad Hacıyevdən danışarkən deyib.

Onun sözlərinə görə, kişilərin həyat yoldaşlarına, övladlarına, ailələrinə ehtiyacları var: "Mən belə görmüşəm. Bilmirəm bu nə ilə bağlıdır... Kişilər çox da deyə bilər ki, qadından üstünəm. Yəni belə düşünən kişilər də var. Amma mən hesab edirəm ki, kişilərin həmişə xanımlarına, analarına, övladlarına mənəvi ehtiyacı olur. Ona görə çox istəyərəm ki, həyat yoldaşı oğlumu çox sevsin".

Brilliant Dadaşova oğlu Cahadın düzgün həyat tərzi yaşadığını da deyib: "Evlənməli oğlandır, biz onu tərbiyəli böyütmüşük. Düzgün və mehriban insandır. Yumuşaq ürəyi var. Bəzi oğlanlarda pis adətlər olur, siqaret çəkmək, içki içmək və s.

Amma oğlum bu kimi vərdişlərdən uzaqdır. Mənim kimi düzgün həyat tərzi var. Səhər saat 6-da oyanıb işə gedir. Tənbəl deyil. Bəlkə də mənim övladımdər deyə belə düşünürəm.

Həyat yoldaşım da məsuliyyətli insandır. Onda da pis vərdişlər görməmişəm, siqaret çəkmək, içki içmək, evə gec gəlmək və s.

Oğlumuzu da o məcrada böyütmüşük".

Qeyd edək ki, Brilliant Dadaşova Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyevlə ailəlidir. Cütlüyün Cahad adlı oğlu var.

 

Mənbə: teleqraf.com