RSFSR Xalq artisti efirdə ağladı: "Bu mənim son müsahibəmdir..."

RSFSR Xalq artisti efirdə ağladı: "Bu mənim son müsahibəmdir..."

Rusiyanın görkəmli aktrisası, RSFSR Xalq artisti Lidiya Fedoseyeva-Şukşina efirdəki çıxışı zamanı göz yaşlarını saxlaya bilməyib.

Open.az xəbər verir ki, Lera Kudryavsevanın "Секрет на миллион" verilişində qonaq olan Xalq artisti ailəsi ilə bağlı söhbətdə çox kövrəlib. Müxtəlif nikahlardan dünyaya gələn qızlarının biri-biri ilə yola getmədiyini deyən Lidiya Fedoseyeva-Şukşina: "Bu barədə sonuncu dəfədir ki, sizin proqramda danışıram. Ümumiyyətlə, daha heç bir televiziyaya getməyəcəm. Heç kimə də müsahibə verməyəcəm. Bu, mənim sonuncu müsahibəmdir" deyərək, göz yaşlarına hakim ola bilməyib.

Qeyd edək ki, 82 yaşlı Lidiya Fedoseyeva-Şukşina 5 dəfə rəsmi nikahda olub.

Aktrisasnın ikinci həyat yoldaşı Rusiyanın görkəmli kinoejissoru, aktyor, yazıçı və ssenarist Vasili Şukşin olub. Lidiya Fedoseyeva bugünədək Şukşin soyadını daşıyır. Aktrisanın sonuncu həyat yoldaşı isə Bari Alibasovdur.

Xatırladaq ki, adı çəkilən müsahibə bütünlüklə aprelin 11-də NTV kanalında nümayiş ediləcək.

Ülviyyə Həsənqızı

Mənbə: open.az