Ümüd Abbas: "Haradan gəldiyimizi bilirik"

Ümüd Abbas: "Haradan gəldiyimizi bilirik"

"Müasirbaxış ərazi adlarını "deformasiyaya” uğratmaqla olmur"
Gələcəyin gənclərin əlində olduğunu bilsək də, müəyyənməqamlarda onlara etimad etməkdən çəkinirik. Bəzən bunu bilərəkdən edirik, bəzəndə sərf eləmədiyi üçün göz yumuruq. Bu gün isə elə bir şərait yaradılıb ki,istedadın varsa, mütləq o bir gün parıldamağa başlayır. Boy göstərib, "mənburdayam" deyərək diqqət çəkir. Elə istedadlı gənclərimizdən olan ÜmüdAbbas kimi.
Ümüdlə tanışlığım PUB-da baş verib. Yəni, mən baragedib, əyləncə axtaranlardan deyiləm. Kimə desəm ki, PUB-a tamaşa izləməyəgetmişdim, yəqin ki, inanmaz. Ancaq reallıq budur.
Ümüd rejissor dostu Mir Qabillə birlikdə 3 il əvvəlŞah Mat Teatrını bərpaetdilər. Zirzəmi teatrı adı altında fəaliyyətə başlayanbu teatr PUB tamaşaçısını peşəkar səhnəyə gətirməyə iddialı idi. İstəklərinə addım-addımnail olurlar desəm, yəqin ki, yanılmaram.
Ümüd Abbas, həm də Sumqayıt Dövlət Dram Teatrındatamaşalar hazırlayır. Ustad sənətkarlardan dərs almış müsahibim eyni zamandaşair və qiraətçidir.
-Yəqin ki, Şah Mat teatrının əsasını qoyanda böyük ümidlərlə yola çıxmışomalısınız.
- Mir Qabillə birlikdə Şah Mat teatrınıbərpa edəndədemişdik ki,nəzamansa teatr arzuladığımız şöhrəti qazansa, dünyanın işini bilməkolmaz,böyüksəhnəmizbelə olsa,biz yenədəaydabirdəfəparkda, barda, PUB-lardatamaşaoynayacağıq.Baxmayaraq ki, ilk tamaşamız uşaq tamaşası olub, amma Şah Mat teatr kimi zirzəmidəformalaşıb. Ona görə dəharadan gəldiyimizibilirik. Bizmüxtəlifməkanlarıseçib,oradada teatryaradabilərdik.Düzdür, hələ Mir Qabillə danışmamışdan qabaq bu teatrıyaratmışdım. Qabillə teatrı bərpa etdik. Gücümüzü birləşdirərək, Şah Matteatrını bərpa etdik. Düşündükki, bugünkimlərteatrın varlığından xəbərsizdir?Daha çox"yerinaltında” olanlar. Onagörəbiz də yerin altına,zirzəmiyəendik vəzirzəmiteatrınındiriltdik. Şah Matteatrıheçdəbirmənalıqarşılanmadı. Biziçoxincitdilər, tənqidlərləüzləşdik.
-Necə tənqidlər?
- Dedilərki, "niyəteatrıgöydənyerəendirirsiniz?","müqəddəs teatrıbarsəviyyəsinəsaldız".Ancaqonlardüşünmədilərki, bizbarı teatrsəviyyəsinəqaldırırıq. Bizəlindəpivəiçənizləyiciyətamaşagöstərirdik. Sondabaxırdıqki,tamaşaçıhələdəbakalındakı içkinibitirməyib. Çünki bütün diqqəti bizdə idi.Deməkki,oynadığımıztamaşatamaşaçıyaəlindəkiiçkidəndahamaraqlıdır. Bir də ki, bu kimiteatr formaları dünyanın qabaqcıl ölkələrində var. Əksər həmvətənlərimiz bunuxoş qarşılamasa da, bizə dəstək olanlar da az olmadı.
- Bugünkütamaşaçını oynadığın tamaşaya inandırmaq nə qədər çətindir?
- Müasir tamaşaçılar 7D formatında olan filmləriizləyib,onunsehrinədüşəninsanlardır.Əsasodur ki, sənotamaşaçınınecə, hansı yeniliyinlətəəccübləndirəcəksən? Gərəksəntamaşaçınıdaaktyoraçevirəsənvə onun özüdətamaşanınbirparçasıolsun. Özsəhnəçərçivəndəilişibqalmayasan. Birzamanlar "Dördüncü divarı aşmaq” kimi bir anlayış var idi. Amma o bir zamanlaridi. İndi sən tamaşaçını da o divarın içinə salmalısan ki, tamaşaçı fərq hissetməsin. Əgər zalı da səhnəyə çevirəcəksənsə, deməli, artıq işin yarısını etmisən.
-Sizin şair və qiraətçilik istedadınıza da bələdik. Tamaşahazırlayarkən buistedadınız köməyinizə çatırmı?
- Şairlikbaşqa, rejissorluqbaşqadır. Şair Ümüddahasəmimivəünsiyyətcil,istiqanlıdır. Rejissor Ümüd isəşairintaməksidir.
-Necə yəni, əksi?
-Çoxsərtdir. Lazım olduqdaaktyorunxətrinədəyməyibacarır, onaacısözdeyir. ŞairÜmüdhəqiqətipaltokimiçiynindənasırsa, rejissorÜmidhəqiqətiyaşdəsmalkimisifətinəçırpır.Həm də ki, bunlar bir-birinə yardım edən imkanlardır. Belə deyim, şairlik zərifruh tələb edir. Mən tamaşa quranda şair ruhundan istifadə edib asanlıqla bütünobrazların hiss və həyəcanını duya bilirəm. Mənfi obrazın belə ağrılarını,travmasını hiss edirəm. Bu şairliyin rejissorluqdakı qatqısı. O ki qaldı əksi,onu da belə izah edim. Mənim rejissor kimi müşahidəm şeirlərimdə də öz əksinitapır. Şeirdəki təsvirlərimi və oxucuyla birbaşa təması mən rejissorluq təcrübəməborcluyam.
-Teatrlarda "Atalar və oğullar" prinsipi hələ də davam etməkdədir. Gəncrejissor olaraq, bu prinsiplə necə mübarizə aparırsınız?
- Yaşlı nəsillə gənc nəsil arasındakı anlaşılmazlıqhər dövrdə olub. Yaşlınəsilözçərçivəsinidoğmabilir. Gənclərisəoçərçivələridağıtmaqlaməşğuldur.Yaşlınəslin doğma bildiyi çərçivə də, özündən əvvəlki başqa nəslin qoyduğu çərçivələrinsındırılması nəticəsində yaranıb. Yəni,gəncnəsilözüdəbaşadüşmür, çıxdığıçərçivələrdənsonraözlərinəyenibirçərçivəyaradırlarki,bu da zamanlaonlaraməhbəsolur. Yəni, bu gənclərdən sonrakı gənclər də onların çərçivələrininsöküntüləri üzərində bir çərçivə qurub özlərini "çərçivə aşmış” kimi hiss edəcək.Daimiolaraqbuçərçivələr dəyişir, yeniləri ilə əvəzlənir,ancaqbizheçvaxttamazadlığaçıxabilmirik.Hərzamançərçivələriaşırıq.

-Tamazadlığaçıxmaqüçünnecəbirşəraityaradılmalıdır?
- Tamazadlığaçıxmaqmümkündeyil. Nəqədərazadlığaçıxırsan-çıx,özünçünyaradacağınbirçərçivəhər zaman olacaq. Haradasa,özçərçivəndənçıxabilməyəcəksən. Bəlkəsənbütünçərçivələridağıdacaqsan,ancaqgörmədiyinçərçivəolacaqki, budasəninözçərçivəndir. Vəsənoradanotərəfəçıxabilməyəcəksən.Birisənədeyəndəki, "bunuyanlışetmisən", üzdə böyüklük edib razılaşsanbelə, içində bir təkzib ehtirası baş qaldıracaq.
-Niyəsizgənclərdeyilənlərlə razılaşmırsınız?
- Razılaşırıq. Razılaşmadığımız məqamlar isə bizimprinsiplərimizə uymayanda olur. Yəni ki, hər gəncin öz yaradıcılıq prizması, özyanaşma tərzi var. Sən bıçaqdan çörək kəsmək üçün də istifadə edə bilərsən,öldürmək üçün də. Yəni bir adam o tənqidi elə deyə bilər ki, su kimi içərsən vəyaxud elə deyə bilər ki, balıq sümüyü kimi boğazında qalar. Bunlar şərtdir. Gərəkböyüklər də gəncləri nəzərə alıb, işlərində elə yerlərdə səhv axtarsınlar ki, gənclərbunu həzm edə bilsin. Axı, onlar daha təcrübəlidirlər. Yoxsa durub bir gəncin əngözəl tapıntısını, sevinərək təqdim etdiyi bir nüansı sərt tənqid atəşinətutanda, təbii ki, gənc razılaşmayacaq. Bunu etməyin yolları var ki, böyüklərbunu bizdən daha yaxşı bilirlər.
-"Mənnəedirəmsə,düzedirəm"və"heçbirtənqidiqəbuletmərəm"düşüncəsi indiki gənclər arasında yaranan xudbinlikdeyilmi?
- "Mənnə edirəmsə, düz edirəm" ifadəsi zatən kökündən yanlışdır. Heç kəsinetdiyi hər şey düz deyil. Yəni bir adam bunu deyirsə, heç onu tənqid etməyəehtiyac da yoxdur. Amma yuxarıda dediyim kimi, bu tənqidə görə dəyişir. Məsələn,sənətmüəllimim Mehriban Ələkbərzadə məni çox vaxt sərt tənqid edib. Amma onun bu sərttənqidi məni indi rejissor kimi yetişdirir. Halbuki ki, məni başqa biriMehriban xanım kimi tənqid etsəydi, şübhəsiz, onu dinləməzdim. Elədirsə, bunuda mənim eqoma yazın.
-Yəni,deyirsiniz ki, Mehriban Ələkbərzadənin tənqidi bir başqadır?
-Mehribanxanımkimi və necə tənqid etmək lazımolduğunu bilir. O dərs verir, tənqid vasitəsi ilə öyrədir. Ən gözəli odur ki, obizi tənqid edib səhvlərimizi göstərirdi, ancaq səhvlərimizi özümüzə düzəltdirirdi.Bəlkə biz daha heç vaxt Mehriban xanımın tələbəsi olmayacağıq, amma o, həmişəbizim ustadımız olacaq.
-Hesabedirsinizki, yaşlınəslindigərnümayəndələrigənclərinişinitərifləməyi, düzüdüz, əyrini əyri deməyibacarmır?
- Əsla, mənim bu günəsasməsləhətçilərimmənəyolgöstərənyaşlınəslinnümayəndələridir.Mənəbir rejissorkimiformalaşıbyetişməküçünSumqayıtTeatrınınbaş rejissoruFirudin Məhərrəmov dəstəkolur. Tək mənə yox, teatrdakı, demək olar, bütün gənclərədayaqdurur. Əksəriyyətinin dostu,doğmasıdır. Elə vaxt olub, elə böyük sənətkarlar bizi qiymətləndirib ki, bu,bizim özümüzə də sürpriz olub.
- Sumqayıt teatrındansöz düşmüşkən, indi hansı tamaşanın üzərində çalışırsınız?
- Hazırda karantin günləri elan olunduğu üçün evdəyik.AncaqSumqayıtteatrının direktoru Mübariz Həmidov mənə etimad göstərib yazıçıÜlviyyəHeydərovanın"Pələng" adlı əsərini təklif etdi. Sağ olsun ki, belə bir məsuliyyətliişi güvənib mənə həvalə elədi. Bumetaforaüzərindəqurulmuş monotamaşadır. KamranMuradlı ilə birlikdə tamaşanı qaraqutuprinsipi ilə hazırlayırıq. Gümanedirəmki,maraqlıolacaq.
-Bu, sizin Sumqayıt teatrı ilə ilk işinizdir?
- Bundan öncə Sumqayıtteatrındadiplomtamaşası kimi JanPol Sartrın "Dəfnedilməmişölülər" əsərini tamaşaya qoymuşam. Butamaşanı teatrın aktyorlarının ifasında nümayiş etdirdik. ƏsəriMehribanƏləkbərzadətərcüməetmişdi.Gümanedirəmki, bu yaxınlarda sözügedən tamaşarepertuaradüşər.
-Sizə görə müasirlik nədir? Sizdəmi klassik əsəri müasir gözü ilə görməyəçalışan rejissorlardan olacaqsınız?
- Müasirlik –tarixiliyi qoruyub saxamaqla əsəriniçindəki bugünkü günümüzlə səsləşən detalları tapmaq və əsərə çağdaş zamanla səsləşənsəhnə həlli verməkdir. Rejisor bu nüansı tapmalıdır. Rejissorun işi aktyora"sən burdan çıx", "orada kreslo olsun" deməklə bitmir.Rejissorun əsər üzərində, ən azı, aktyor qədər işləməlidir. Müasir baxış əraziadlarını "deformasiyaya” uğratmaqla olmur. Heç müasir baxış Kefli İsgəndərəcırıq cins şalvar geydirib Şeyx Nəsrullahı kəndə "Prado” ilə salmaqla da yaranmır.Müasirlik klassik bir əsərin içindəki modern zamanla səsləşə bilən probleməköklənib onu qabartmaqdır.
-Niyə rejissorlarımız əsər qıtlığından şikayət edirlər? Doğrudanmı,bu gün məmləkətdəəli qələm tuta bilən biri yoxdur?
- İstedad hər dövrdə yetişir. Bu gün də dram əsərləriyazılır. Baxır necə və hansı üslubda. Hazırda bizdə ya ailə-məişət mövzusunda əsərləryazılır, ya da kriminal. Gəlin-qaynana mövzusundan o tərəfə çıxa bilmirik. Əsas problemimiz budur. Aktual və maraqlımövzularahəsr olunan əsərlərin də çoxunun bədii səviyyəsi üərkaçan olmur. Qarabağmövzusunda o qədər əsərlər yazılıb ki...Ancaq bu əsələrin çoxunu oxuyanda görürük ki, o deyil. Dramaturqlarımızın əksəriyyəti erməniləri əlindəsilah, gülə-gülə təqdim etməklə zalımlıqlarını göstərməyə çalışırlar. Bizə isədaha çox psixoloji hal lazımdır. Misal üçün, mənim səhnələşdirdiyim Sartrın"Dəfn edilməmiş ölülər" əsərində mövzu 6 əsirdən bir nəfərin yeriniöyrənməyə çalışmaları təsvir edilir. Bir otaqda bu-insanların psixoloji vəziyyəti.Bəs, görəsən Qarabağ mövzusunda psixoloji vəziyyəti təsvir edən belə bir əsərvarmı? Oldu, bizmüraciət etmədik?Varsa da, mənim xəbərim yoxdur. Müharibə həminmüharibədir, burada da əsir var,orada da. Mən niyə öz dramaturqlarımız ola-ola,gedib Sartra müraciət etməliydim? Burada məsələ təkcə dramaturqda deyil. Əgər səngəncsənsə, heç kim deməyəcək ki, "Bu teatrda gənc rejissor var, gedək görəknə bacarır?". "Dəfn edilməmiş ölülər"i səhnləşdirəndə tamaşaçılarməndən çoxSartra görə gəlmişdi.
- Hesabedirsiniz ki, Sartrın bu məmləkətdə hörmətiCəlil Məmmədquluzadədən, Cəfər Cabbarlıdan və başqa klassiklərimizdən dahaçoxdur?
- Tamaşaçılarımız klassiklərimizi oxuyublar, dəfərlərlə onların əsərlərininsəhnə həllinə də baxıb doyublar. Artıq yeni bir şey istəyirlər. O yeniliyi Sartrdaaxtarırlar. Deyirlər ki, Avropalıdırsa, yaxşı nəsə ola bilər. Adicə metroya girəndəfikir verin. İndi əksər oxucular xarici müəllifləri mütaliə edir. Çox az adamınəlində yerli müəlliflərimizin əsərlərini görərsiz. Sizə bir fakt deyim. Bizimteatrda İsi Məlikzadənin "Oğul” əsəri də səhnələşdirilib, Frans Kafkanın"Çevrilməsi” də. Amma gəlin, tamaşaçı sayına baxın. İsi Məlikzadənin, yoxsaKafkanın daha hörmətli olduğunu görəcəksiniz. Başa düşürəm mövzu, ideya da əsasməsələdir. Amma həqiqət budur ki, tamaşaçı tanınmış əsərə və tanınan müəllifədaha çox meyl edir.
-Yəni əgər sizin tamaşalarınıza baxmağa gəlirlərsə, bu Ümüd Abbasın rejissoryozumuna görə deyil?
- Ümüdə görə gələn tamaşaçıheç tanınmamış bir əsəriquranda da gələr. Rejissorluğuma güvənən insan düşünər ki, bu əsəri quran Ümüdburada bir şey tapıb ki qurub. Boş yerə hazırlamayıb.
-Sizcə bu gün teatrlarımızın ümumi poblemi nədir?
- Tamaşaçı problemi. Tamaşaçı teatrı qınayır, teatrda tamaşaçını qınayır. Tamaşaçı deyir ki, teatr yoxdur,tamaşa yoxdur. Teatr dadeyir ki, tamaşaçı var ki, tamaşa da olsun? Ən böyük problem nə teatrdır, nətamaşaçıdır.
-Bəs, nədir?
- Sən demə ən böyük problem PR-da imiş.
-Necə yəni PR-da?
-Sən tamaşaçıya nəyi təqdim edirsənsə, tamaşaçı onuqəbul edir. Özünü o istiqamətdə formalaşdırır. Bunu bir boş dəftər kimidüşünün. Bu dəftəri satan satıcının heç vaxt ağlına gəlməz ki, bura nə yazılabilər. Bu dəftər bir yaşlı uşağın əlinə düşsə, cızma-qara edilib tullanar,hansısa bir şairin əlinə düşsə,vərəqlərində bəşəri bir şeir yazılıb, əsrlərləqorunub saxlana bilər. Yəni teatr tamaşaçını formalaşdırır. Amma gərəkformalaşdırmağa tamaşaçı olsun da. Bu gün insanlarımız sənətə deyil, şouyafokuslanıb. Misal üçün, mən bir tamaşa hazırlayıram, bu heç bir jurnalistin diqqətinicəlb etmir. Ancaq hansısa şou ulduzu qəza keçirirsə, bütün mətbuat oraaxışır.
-Şou hər zaman sənətdən daha populyar olub.
- İndi biz nə edək? Saxta qalmaqallar yaradaq? Tamaşamızatamaşaçı baxsın deyə ucuz yolla reklam edək? Olmur, axı.
- Bu gün Azəraycanteatrına Ümüd Abbas hansı yenliyi gətirmək istəyər?
- Bizim teatrlarımızda yeniliklər az deyil. Sadəcə, onu inkişaf etdirmək istəyərdim.Misal üçün, dekorasiyalardan minimal istifadə edərək.Bu, onsuz da var. Sadəcədaha çox inkişaf etdirmək istərdim. O ki qaldı yeniliyə,bu haqda danışmaqtezdir. Tapdıqlarımı deyəcək qədər saf biri deyiləm. Nəzərə alsaq ki, bu məqalənibaşqa rejissorlar da oxuyacaq, bu halda hansısa yenilik planı haqda danışmaqdüşüncəsizlik olar. Həm də ki, yenilik yaradıcılıq sayəsində yaranır.Yaradıcılıq isə hadisələrdən və gözlənilməzliklərdən doğur. Amma ümumiyyətlə,kiçik səhnədə daha böyük işlər görmək haqda düşünürəm.
- Bəzən olurki, kiçik səhnə üçün hazırlanan tamaşaları böyük səhnədə görürük. O effektialmaq mümkün olmur.
- Alışmaqdan asılıdır. Hər səhnənin öz mizanı var.Mizan geyim kimidir. Ayağına balaca olan ayaqqabı sənə necə əziyyət verərsə buda elədir. Səhnəyə uyğun olmayan mizan da tamaşaçıya maraqsız və yorucu gəlir.Yəni hər səhnənin öz mizan ölçüsü var. Kiçik məkanda tamaşanın təsir qüvvəsidaha yaxşı olur. Mehriban xanım deyirdi ki, aktyorun tamaşaçıyla göz əlaqəsiböyük təsir gücünə malikdir. Böyük səhnədə aktyorun tamaşaçı ilə göz əlaqəsizamanı məsafə uzaq olur deyə o qədər təsiri olmur. Kiçik məkanlarda tamaşaçı sayıazdır deyə, tamaşanın təsir qüvvəsi çox olur. Tamaşanın oyunda iştirakı mənəçox maraqlı gəlir. Məncə böyük səhnədə mizan daha çox olmalı və göz əlaqəsininyoxluğunu hiss etdirməməlidir. Kiçik səhnədə isə, əksinə, tamaşaçı aktyorayaxın olur deyə mizan çoxluğu onu yora bilər. Kiçik mizanlar və göz əlaqəsitamaşaçıya daha xoş gəlir. Bəzən bir baxışın özü belə böyük monoloqu əvəz edib,nəhəng bir mizana çevrilə bilər. Yetər ki, zamanında və məqamında istifadə edəbiləsən. Biz Şah Mat teatrında bundan istifadə etmişik.

XəyaləRəis
 

Mənbə: kaspi.az