"Yemək yeyirəm, ev təmizləyirəm, yatıram və..." - Məşhurların karantində məşğuliyyəti

"Yemək yeyirəm, ev təmizləyirəm, yatıram və..." - Məşhurların karantində məşğuliyyəti

Koronavirusa görə ölkəmizdə karantin rejimi davam edir. Bu dövrdə darıxan insanlarla yanaşı vaxtını səmərəli keçirənlər də az deyil. Bəs, məşhurlar karantin rejimində nə işlə məşğuldurlar?

Teleqraf.com məşhurlara "Karantin rejimində darıxmamaq üçün vaxtınızı necə keçirirsiniz?" sualı ilə müğənnilərə müraciət edib.

Cavabları təqdim edirik:

Müğənni Xatirə İslam: "Karantin dövründə vaxtımız evdə keçir. Mən daha çox yemək və yatmaqla məşğulam".

Rejissor Kənan M.M: "Ümumiyyətlə, evdə darıxan insan deyiləm. Bu vaxt ərzində şeirlər yazıram".

Müğənni Ayan Babakişiyeva: "Vaxtım evdə keçir. Ailəmlə, qızımla zamanımı dəyərli, maraqlı keçirməyə çalışıram. Qızım Selena ilə maraqlı oyunlar oynayırıq. Ev işlərini daha da sevməyə başlamışam. Yalnız evdəyik".

Müğənni Xatun Əliyeva: "Dincəlirəm. İllərdir yorğun olduğum üçün evdə qalmaq mənim üçün kabus deyil. Evdə oğlumla mənəm. Ana-bala evin dadını çıxarırıq. Yemək bişirməyi çox sevdiyim üçün bütün günü yemək bişirirəm. Oğlum o qədər yemək yeyən olmadığı üçün çoxu mənə düşür (Gülür). Kökəlirəm".

Müğənni Günay İbrahimli sosial şəbəkədə bu sözləri yazıb: "Evimizdəyik və evdə edəcəyim bütün işləri özüm görürəm. Bundan da zövq alıram. Əminəm ki, mənim kimi düşünənlər çoxdur. Həm özümə, həm də evdə sevdiklərimə çox ayıracaq zamanım var. Heç yerə təsəlmədən, saç-makiyaj dərdi olmadan özümə daha çox vaxt ayırıram".

 

Mənbə: teleqraf.com