Vaynşteyn koronavirusdan sağaldı

Vaynşteyn koronavirusdan sağaldı

Keçmiş Hollivud prodüseri Harvi Vaynşteyn koronavirusdan sağalıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Daily Mail” xəbər verib.

Seksual zorakılığa görə 23 il həbs cəzası alan eks-maqnat COVID-19 testinin müsbət nəticələnməsindən sonra yerləşdirildiyi 14 günlük karantindən buraxılıb.

Mənbə, eks-maqnata yaxın olan şəxs bildirib ki, Vaynşteynin sağalmasından təəccüblənib. “Mən inana bilmirəm ki, o, bunu etdi. Mən əmin idim ki, bu, onun sonu olacaq”, - nəşr onun sözlərini sitat gətirir.

 

Mənbə: qafqazinfo.az